XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2017 - 11:45

MI5:"Baş nazirə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb"

Britaniya xüsusi xidmət orqanlarının əməkdaşları baş nazir Tereza Meyə sui-qəsd hazırlamaqda şübhəli bilinən iki şəxsi saxlayıb.

APA-nın xəbərinə görə, bu barədə  “The New Zealand Herald” nəşri MI5-ə istinadən məlumat yayıb.
 
Məlumata görə, dini radikal olduğu bildirilən həmin şəxslər baş nazirin iqamətgahı qarşısında partlayış törədərək, binaya hücum etməyi planlaşdırıblar. Onlar üzərilərinə partlayıcı qurğu bərkidərək, özlərini binanın daxilində partlatmaq niyyətində olublar.  
 
Radikallar iqamətgahı qarşısında partladılacaq bombanı çantada gizlətməyi planlaşdırıblar.  
 
Skotlend Yard, Uest Midlends polis idarəsi və MI5 xüsusi xidmət orqanı əməkdaşlarının birgə əməliyyatı nəticəsində sui-qəsdin qarşısı alınıb.