XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2017 - 12:06

BMT:"Dünyada 815 milyon nəfər aclıq çəkir"

Avropada və Mərkəzi Asiyada 14 milyondan çox adam aclıqdan əziyyət çəkir.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.

Hesasbatda qeyd olunur ki, bu bölgədə ən acınacaqlı vəziyyət Tacikistanda qeydə alınıb. Burada 2,5 milyondan çox adam aclıq həddində yaşayır. Özbəkistanda isə bu rəqəmə 2 milyona yaxındır.

FAO-nun hesabatına əsasən, son illərdə münaqişə və təbii fəlakətlərlə əlaqədar dünyada aclıqdan əziyyət çəkən insanların sayında artım qeydə alınıb.

Ümumilikdə, dünyada 815 milyon nəfər, yəni dünya əhalisinin 11 faizə yaxının aclıqdan əziyyət çəkir.