XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Dekabr 2017 - 12:43

Cənubi Koreya müdafiə xərclərini artırdı- 39,7 milyard dollara yüksəltdi

Cənubi Koreyanın gələn il üçün müdafiə büdcəsi 7 faiz artırılaraq 43,2 trilyon vona (39,7 milyard ABŞ dolları) çatdırılıb.

Azərtac Yonhap agentliyinə istinadla xəbər verir ki, Milli Assambleyada Cənubi Koreyanın 2018-ci il üçün büdcəsi təsdiq olunub. Müdafiə xərclərinin çoxalması Şimali Koreyanın nüvə-raket təhdidlərinə qarşı ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə dəstək məqsədi daşıyır.

Qeyd edək ki, müdafiə xərclərinin bu səviyyədə artımı 2009-cu ildən sonra ilk dəfə baş verib.

Prezident Mun Ce-inin rəhbərlik etdiyi hökumət ölkənin 625 min nəfərlik silahlı qüvvələrində “mükəmməl milli təhlükəsizlik və güclü müdafiə” devizi altında islahatlara başlamağı planlaşdırır. İslahatların əsas məğzi qoşun növlərinin sayını azaltmaqla bərabər, silahlı qüvvələrin silah və döyüş texnikasını yeniləməkdən ibarətdir.

Hökumət “üç istiqamətli müdafiə platforması”nı 2020-ci ilədək başa çatdırmağı planlaşdırıb. Bunun üçün müdafiə xərclərində 4,3 trilyon von vəsait nəzərdə tutulub.

Milli Assambleya silahlı qüvvələrin tədqiqat-inkişaf proqramlarına və müdafiə sənayesinə ayrılan xərclərin 4,2 faiz artırılmasını da məqsədəuyğun hesab edib. Bu, ölkənin yeni silah və texnika almasına və istehsalını təşkil etməsinə imkan verəcək.