XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

06 Dekabr 2017 - 15:06

Almanlar Trampı Rusiya və Koreyadan daha böyük bəla sayır –Rəy sorğusunun nəticələri

Almanlar Donald Trampı öz ölkələrinin xarici siyasəti üçün Şimali Koreya, Türkiyə və ya Rusiyadakı avtoritar liderlərdən daha böyük təhlükə hesab edirlər.

Bu barədə "The Independent" qəzeti yazıb. Koerber Fondunun apardığı rəy sorğusuna görə, xarici siyasətin qarşılaşacağı ən böyük təhlükələr siyahısında birinci yeri mühacir axını tutur. Almanların 26 faizi ölkənin bu qədər qaçqını dolandırmaq gücünün olduğuna inanmır. Təhlükələr siyahısında ikinci yerdə Tramp və ABŞ gəlir. Rəyi soruşulanların 19 faizi bu fikirdədir. Respondentlərin 17 faizi Türkiyəni, 10 faizi Şimali Koreyanı və 8 faizi Rusiyanı təhlükə sayır.

Tramp Ağ Evə gəldikdən sonra ABŞ-ı Paris İqlim Razılaşmasından çıxarmaqla, İranın nüvə sazişinə əməl etdiyinə dair sənədi imzalamamaqla, Almaniyanın ticarət gəlirlərini və NATO-ya kifayət qədər maliyyə töhfəsi verməməsini tənqid etməklə almanları bir xeyli məyus edib. Trampın hərəkətləri, adətən, təmkinli və ehtiyatlı olan kansler Angela Merkeli Almaniyanın bundan sonra ABŞ-a güvənə bilməyəcəyini dilə gətirməsinə səbəb olub. Xanım Merkel habelə Avropanı öz taleyini öz əllərinə almağa çağırıb.

Oktyabr ayında 1000-dən çox alman respondentin arasında keçirilmiş bu rəy sorğusunda iştirak edənlərin 56 faizi Birləşmiş Ştatlarla münasibətləri "pis" və ya "çox pis" olaraq qiymətləndirib. Angela Merkelin ölkəsinin beynəlxalq həyatda daha fəal iştirakını istəməsinə baxmayaraq, sorğuda rəyi soruşulanların 52 faizi düşünür ki, Berlin qlobal böhranlardan kənarda qalmalı və İkinci Dünya Müharibəsindən bəri yürütdüyü təmkin siyasətini davam etdirməlidir.

"The Independent" yazır ki, bu rəy sorğusu nə xanım Merkelin, nə də onun siyasi rəqiblərinin ictimaiyyətə Almaniyanın Trampın pozucu prezidentliyinə və Britaniyanın Avropa İttifaqından çıxışına necə reaksiya verməli olduqları barədə ideya verə bilmədiklərini göstərib. Ötən həftə Bundestaqda xanım Merkelin mühafizəklar partiyasnı təmsil edən millət vəkili Norbert Roettgen almanların arasında maarifləndirmə işinin zəif aparılmasını tənqid edib.

O bildirib ki, almanlara öz ölkələrinin müdafiə və təhlükəsizliyi üçün daha çox pul xərclənməli olduğunu izah etmək lazımdır.(BBC)