XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2017 - 15:13

Zaxarova ABŞ-ı ittiham etdi:"Rusiyalı jurnalistləri "verbovka" etmək istəyiblər"

ABŞ-ın xüsusi xidmət orqanları rusiyalı jurnalistlərə təzyiq göstərir, hətta onları öz sıralarına cəlb etməyə çalışır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, son vaxtarda Rusiya KİV nümayəndələri ABŞ-da həm qanunvericilik vasitəsilə təzyiq altında qalır, həm də xüsusi xidmətlər jurnalistlərə təzyiq göstərir.

M.Zaxarova qeyd edib ki, bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Reks Tillerson arasında dekabrın 7-i Vyanada keçiriləcək görüş zamanı müzakirə olunacaq.