XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2017 - 16:06

Banqladeş 100 min rohinca müsəlmanını köçürməyi planlaşdırır- Kimsəsiz adaya

Banqladeş hökuməti Myanmadan gələn 100 min rohinca müsəlmanını Benqal körfəzində yerləşən kimsəsiz və daşqınlara məruz qalan Tenqar Çar adasına köçürmək planını qəbul edib.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, 2019-cu ilin noyabr ayına qədər həyata keçirilməsi nəzərdə tutulan bu plan ölkəyə 278 milyon dollara başa gələcək. Adada qaçqınlar üçün 1,5 min ev və 120 mərkəz tikiləcək.

Beynəlxalq hüquq müdafiəsi təşkilatları öz növbəsində qaçqınların köçürülməsi üzrə planları kəskin tənqid edərək bunun rohincalıların təhlükəsizliyinə təhdid törətdiyini qeyd ediblər.

Xatırladaq ki, bu il Myanmadan Banqladeşə 620 mindən çox rohincalı qaçqın gəlib. Kütləvi immiqrasiyaya Rakhayn ştatında müsəlmanlarla buddistlər arasında uzun illərdir davam edən münaqişənin gərginləşməsi səbəb olub.