XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

06 Dekabr 2017 - 16:35

ATƏT Nazirlər Şurasının 24-cü iclası ibaşlayır- Sabahdan

Dekabrın 7-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Nazirlər Şurasının 24-cü iclası işə başlayır.

Azərtac xəbər verir ki, bu il ATƏT-ə sədrlik edən Avstriya xarici işlər naziri Sebastian Kurtsun dəvəti ilə baş tutan ikigünlük toplantıda ATƏT məkanı ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri iştirak edəcəklər. İclasda ölkəmizi xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcəkdir.

Beynəlxalq təşkilatın ən mühüm qərarverici orqanı olan Nazirlər Şurasının iclasında əməkdaşlığın möhkəmləndirilməsi və konkret addımların atılması sayəsində münaqişələrin səngidilməsi, etimadın gücləndirilməsi, radikallaşma və ekstremizmə qarşı mübarizə gündəlikdə duran əsas məsələlər olacaq. ATƏT məkanındakı mövcud münaqişələrin nizamlanması üçün səylər, nəticəyə yönəlmiş əməkdaşlığın dəstəklənməsi üçün ATƏT imkanlarının gücləndirilməsi, regional təhlükəsizlik siyasəti məsələləri ilə bağlı strateji dialoqun bərpa olunması və həmçinin yeni qlobal çağırışlara səmərəli cavab verə bilməsi üçün ATƏT-in gücləndirilməsi əsas diqqət mərkəzində dayanacaq.

İclasda, həmçinin ATƏT-in gələcək fəaliyyətinə dair digər məsələlər də müzakirə ediləcək. Nazirlər Şurasının iclası dekabrın 8-də başa çatacaq.

Qeyd edək ki, ATƏT-də sədrlik bu ilin sonu Avstriyadan İtaliyaya keçəcək.