XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2017 - 16:47

Saakaşviliyə dəstək aksiyası keçirilib- Tbilisidə

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası Tbilisidə sabiq prezident Mixeil Saakaşviliyə dəstək aksiyası keçirir.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya iştirakçıları “Rustaveli” metro stansiyası yaxınlığında toplaşıb. Onlar M. Saakaşvilinin Ukraynada təqib olunmasına etiraz edərək irəli sürülmüş ittihamları əsassız adlandırıblar.
 
VHM Siyasi Şurasının üzvü Koba Xabazi deyib ki, aksiyanın əsas şüarı "Gürcüstan və Ukraynada oliqarxlara son!" şüarıdır. O bildirib ki, Saakaşviliyə qarşı irəli sürülmüş və onun Rusiya ilə əməkdaşlıq etməsi barədə ittihamlar, sadəcə, gülüş doğurur.
 
Aksiya Rustaveli prospekti ilə yürüşlə davam etdirilib.
 
Xatırladaq ki, dekabrın 5-də Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru M. Saakaşvili Kiyevdə saxlanılıb. Daha sonra o, tərəfdarlarının köməyi ilə azad edilib. Ukraynanın Baş Prokurorluğu M. Saakaşvilini dövlət çevrilişinə cəhddə ittiham edir.