XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

06 Dekabr 2017 - 16:59

Husilər siyasi partiyanın onlarla üzvünü qətlə yetiriblər- Yəməndə

Yəməndə “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları Ümumxalq Konqresi Partiyasının onlarla üzvünü qətlə yetiriblər.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qətlə yetirilənlər arasında hərbçilər, təhlükəsizlik orqanlarının nümayəndələri və sıravi partiya üzvləri də var.

Xatırladaq ki, Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları və keçmiş prezident Əli Abdullah Salehə sadiq ordu hissələri, digər tərəfdə isə hökumət qüvvələri və Prezident Abd Rabbu Mənsur Hadiyə sadiq könüllülər iştirak edir.

Paytaxt Səna şəhəri üsyançıların nəzarəti altındadır. 2015-ci ildən etibarən onların mövqeləri Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Hərbi Hava Qüvvələri tərəfindən bombardmana məruz qalır.

2017-ci il noyabrın 29-dan başlayaraq ölkədə vəziyyət bir qədər də gərginləşib. Husilər öz müttəfiqləri – sabiq prezident Əli Abdullah Salehə sadiq ordu hissələrinin nəzarətində olan bəzi müəssisələrə hücum ediblər. Ardından paytaxt Səna şəhərində gedən ağır döyüşlər hər iki tərəfdən 250 nəfərə qədər insanın ölümünə səbəb olub. Dekabrın 4-də isə husilərlə ittifaqı pozduğunu deyən Saleh Sanhan rayonunda üsyançılar tərəfindən qətlə yetirilib. Respublikanın sabiq başçısının önün kəsən “Ənsar Allah” qruplaşmasının silahlıları onu avtomobilindən çıxararaq güllələyiblər.