XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2017 - 17:26

İsrail hərbçiləri ilə fələstinlilər toqquşdu:ABŞ bayrağı yandırıldı, yaralılar var + VİDEO

İordan çayının qərb sahilində yerləşən Xevron şəhərinin mərkəzində fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşma başlayıb.

Bu barədə informasiyanı “Skay Nyus Arabia” yayıb. Televiziya bunun ABŞ Prezidenti Donald Trampın Qüds bəyanatından sonra ilk toqquşma olduğunu bildirib.

Hazırda fələstinlilərlə İsral təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir.

Qeyd edək ki, bundan öncə Fələstinin paytaxtı Rəmallah şəhərində etiraz aksiyaları keçirilib. Aksiya zamanı ABŞ bayrağı yandırılıb/Axar.az.