XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

07 Dekabr 2017 - 17:38

“Qüds İsrail və Fələstinin paytaxtı olacaq” –İsrailin 25 tanınmış ictimai xadimindən Trampa etiraz  

“Haaretz"

07 dekabr 2017

 

ABŞ prezidenti çərşənbə axşamı Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasa səfirliyi Qüdsə köçürmək istədiyi barədə məlumat verib.

Tramp (Donald Trump) bunu rəsmi şəkildə elan etməsə də, onun bu niyyəti ərəb və müsəlman ölkələrinin qəzəbinə səbəb olub: Fələstin, İordaniya, Misir, Türkiyə və hətta Səudiyyə Ərəbistanı rəhbərliyi bu addımla bağlı etirazlarını bildirib, regionda zorakılığın artma ehtimalı barədə xəbərdarlıq edib. Qərb sahilində “üç günlük qəzəb” aksiyasının keçirilməsi barədə elan edilib.

Trampın qərarı yalnız ərəb dünyasında etirazla qarşılanmayıb. Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron), Almaniya XİN rəhbəri Ziqmar Qabriel (Sigmar Gabriel), AB-nin xarici işlər üzrə ali komissarı Federika Mogerini (Federica Mogerini) də bu addıma qarşı çıxıb. 25 nəfər israil səfiri, alimi və sülh prosesinin fəalı Amerikanın Yaxın Şərqdəki nümayəndəsi Ceyms Qrinblata (James Greenblatt) təcili məktub göndərib. Məktubda ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı ciddi narahatlıq əks olunub.

Qərarla bağlı narahatlıq və narazılıq başadüşüləndir. Qüds həm yəhudilər, həm müsəlmanlar, həm də xristianlar üçün müqəddəs şəhər hesab edilir və onun statusu mübahisəli olaraq qalır. Siyasi razılaşmanın bir hissəsi olmayan istənilən birtərəfli bəyannamə Fələstinin milli istəklərinə uyğun deyil. Bu, həm sülh danışıqlarına zərbə endirə, həm də münaqişə tərəfləri arasında vicdanlı vasitəçi kimi ABŞ-ın etimadını sarsıda bilər. Trampın birtərəfli hərəkətlərinin onun İsrail və Fələstin arasında sülh sazişi əldə etmək istəyinə nə qədər uyğun olduğunu başa düşmək çətindir. Qüdsü İsrailin paytaxtı kimi tanımaq ona məhz indi lazımdırsa, onda o, bunu eyni zamanda Fələstinin şəhərlə bağlı tələblərini qəbul etməklə edə bilər.

Münaqişənin “iki xalq üçün iki dövlət” prinsipi üzrə həll edilməsi mütləq şəkildə Qüdsün bölünməsi ilə əlaqədardır. Qüds faktiki olaraq parçalanmış şəhərdir. Qərbi Qüds İsrailin, Şərqi Qüds isə Fələstin dövlətinin paytaxtıdır. Münaqişə nizamlandıqdan sonra nəinki ABŞ, həmçinin dünyanın bütün ölkələri İsraildəki səfirliklərini onun paytaxtı, Qərbi Qüdsə köçürəcək. (Xpressa.net)