XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 April 2015 - 12:44

Rus kəşfiyyatı Estoniyada fəallaşıb

Əsas fəaliyyət AB-də təfriqə və inamsızlıq yaymağa yönəlib

Estoniya hökuməti ölkədə Rusiya kəşfiyyatının fəallaşmasını bildirib.

Strateq.az Rosbalt.ru-ya isnadən bildirir ki, bu barədə Estoniya təhlükəsizlik polisinin (KaPO) bu gün dərc edilmiş məlumatında qeyd olunub. Sənəddə vurğulandığı kimi, rus kəşfiyyatı ölkədə keçirilmiş parlament seçkiləri, yeni hökumətin formalaşdırılması, NATO üzrə müttəfiqlərin ölkəyə hərbi kontigentinin gəlməsi, Estoniyanın AB-də və Şimali Atlantika Alyansındakı fəaliyyətinə xüsusi maraq göstərib.

KaPO-nun analitik xidmətinin şərhinə görə, Rusiya xüsusi xidmətlərinin son ildəki fəaliyyəti Qərb ölkələri koalisiyasının sırasına təfriqə və inamsızlıq yaymağa yönəlib: “İctimai rəy liderlərinə təsir, işgüzar dairələr tərəfindən siyasi elitaya təzyiq, Rusiya üçün ən önəmli xarici siyasət ideyalarının mətbuatda səsləndirilməsi Rusiya xüsusi xidmətlərinin nəticə naminə istifadə etdiyi üsullar sırasına aiddir”.