XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

07 Dekabr 2017 - 19:37

Ərdoğan Çiprasdan FETÖ-çuları istədi –Mətbuat konfransı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstan Baş naziri Aleksis Çipras arasında görüş baş tutub.

Görüşdən sonra tərəflər mətbuata birgə açıqlama veriblər.

Çipras demokratik Türkiyəni hər zaman dəstəklədiklərini dilə gətirib: “Miqrasiya razılaşması ilə Egey dənizində ölüm hallarının qarşısını aldıq. Bizim ölkəmiz demokratiya və azadlıq ölkəsidir. Yunanıstanın qiyamçıları dəstəkləyən ölkə olmadığını hər zaman cənab Ərdoğana bildirdim. Yunanıstan Avropa Birliyi ölkəsidir və məhkəmə qərarları müstəqil şəkildə verilir. Ölkəmiz uzun illərdir ki, iqtisadi böhran yaşayır. Türkiyə-Yunanıstan əlaqələrində sizi yeni səhifə açmağa dəvət edirik”.

Ərdoğan da öz növbəsində tarixi günün yaşandığına diqqət çəkib: “Bizimlə ən rahat empatiya quracaq ölkələrdə biri də Yunanıstandır. 15 iyul demokratiyamıza qəsd edən FETÖ-çu xainlərın ədalətlə üzləşməsi böyük önəm kəsb edir. Həmin şəxslərin Türkiyəyə ekstradisiyası ilə bağlı yunan məhkəməsinə çağırış edirəm: Gecikmiş ədalət, ədalət deyil. Türkiyədə işgəncədən, edamdan söhbət gedə bilməz”.

Axar.az