XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

08 Dekabr 2017 - 13:32

Barak Obama xəbərdarlıq etdi:"Amerikada demokratiyaya təhlükə var"


ABŞ-ın keçmiş prezidenti Barak Obama Amerikada demokratiyanın kövrək hala gəlməsi və millətçiliyin güclənməsi barədə xəbərdarlıqla çıxış edib.

Bu barədə “Crain's Chicago Bussiness” yazıb. B. Obama ölkədəki durumu 1930-cu illərin Almaniyas ilə müqayisə edib: “Həmin vaxt Veymar Respublikasında demokratiyaya, çoxəsrlik mədəni və elmi nailiyyətlərə baxmayaraq, Adolf Hitler ortaya çıxdı. Üçüncü Reyxin dövründə Almaniyada 60 milyon adam öldü. Buna diqqət etmək lazıdır”.

Qeyd edək ki, ABŞ-da sabiq prezidentlərin mövcud prezidenti tənqid etməsi nadir haldır. Lakin Tramp gəldikdən sonra bu ənənə pozulub. Həm Barak Obama, həm də kiçik Corc Buş ad çəkmədən Trampı tənqid etməyə başlayıblar. Digər sabiq prezident – Bill Klintonun da ölkədəki durumdan narazı olması məlumdur.