XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

08 Dekabr 2017 - 14:16

Qüdslə bağlı qərar və Yaxın Şərq sülh prosesinin gələcəyi –“Amerika artıq  vasitəçi kimi yararsızdır”

Qüdsün İsrailin paytaxtı olaraq tanınması kimi ərəb və müsəlman ölkələrinin əksəriyyəti tərəfindən ciddi tənqidlərlə qarşılaşmış qərara baxmayaraq, Tramp administrasiyası Yaxın Şərq sülh prosesinə sadiq qaldığını bildirib.

Birləşmiş Ştatların Qüdslə bağlı uzun müddətdir mövcud siyasətində hər hansı bir dəyişiklikliyə baxmayaraq, ABŞ dövlət katibi Reks Tillerson deyib ki, “israillilər və fələstinlilər arasında sülhə nail olunması üçün yaxşı imkan var”: “Prezident Yaxın Şərq sülh prosesinə sadiqdir. Onun demək olar Ağ Evə gələn kimi yaratdığı bir komandası var. Bu komanda sülh prosesinə yeni yanaşmalar üzərində səylə iş görür. Onlar sülh prosesi ilə əlaqədar regionda çoxları ilə əlaqə qurub.”

Tillersonla bu komandanın rəhbəri-prezidentin baş müşavirlərindən biri və kürəkəni Cared Kuşner arasında fikir ayrılıqlarının olduğu haqda məlumar verilir. Kuşner sülh planının hazırlanması məqsədilə regiona bir neçə dəfə səfər edib. Kuşner Qüdsün İsrailin paytaxtı elan edilməsindən öncə deyib ki, Tramp hələ prezidentlik uğrunda mübarizədə qələbədən öncə də skeptikləri onların yanlış olduğuna inandırıb və indi də bunu edir: “Prezident sülh prosesini yenidən müzakirələrə qaytardı və biz bununla qürur duyuruq, çünki biz fikirləşirik ki, buna nail olmaq mümkündür və biz düşünürük ki, bunun indiki vaxtda və nə üçün baş verməsi üçün bir çox səbəblər var.”

Fələstin rəsmiləri və digər ərəb liderlər prezidentin ABŞ-ın Qüdslə bağlı siyasətini dəyişməsilə bağlı xəbərdarlıq edərək, bunun zorakılıqlara yol aça biləcəyini bildirib. Ərəb Amerika İnstitutunun nümayəndəsi Ceyms Zoqbi bildirib: “Yaraya bir az da duz tökmək istəməzsiniz, çünki bunun nəticələri olacaq. Mən bunun sülh prosesinə son qoyacağını, ya da Amerikanın bir vasitəçi kimi yararsız olduğunu demək istəmirəm. Çünki Amerika artıq bir vasitəçi kimi yararsızdır və sülh prosesi mövcud deyil.”

Zoqbi və başqaları bildirib ki, Trampın ABŞ-ın uzun müddətdir mövcud siyasətini dəyişdirməsi seçki kampaniyası zamanı dindar seçicilərə verdiyi sözə əməl etmək üçün etdiyi mümkündür.

Senatda azlıqda olan demokratların lideri Çak Şumer Qüdsün İsrailin paytaxtı elan edilməsi qərarına dəstək verdiyini bildirib. Məsələ həm ABŞ-da, həm də dünyada partiya mənsubiyyətindən asılı olmayaraq həssas bir məsələdir.(Amerikanın Səsi)