Konqo Demokratik Respublikasında naməlum silahlılar BMT Sabitlik Missiyasının (MONUSCO) bazasına hücum edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Semuliki yaşayış məntəqəsində qeydə alınıb. Hadisə nəticəsində 14 BMT sülhməramlısı və 5 Konqo hərbçisi həlak olub, 53 sülhməramlı yaralanıb. Hücumun üsyançı “Birləşmiş demokratik qüvvələr” (ADF) qruplaşması tərəfindən törədildiyi ehtimal edilir. Ölən və yaralanan sülhməramlıların vətəndaşlığı və milliyyəti barədə məlumat verilmir.