XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2017 - 23:45

İstanbulda terror aktının qarşısı alındı –İŞİD-çilər zərərsizləşdirildi

İstanbulda terror aktı hazırlığında olan İŞİD qruplaşmasına məxsus dəstə zərərsizləşdirilib.

AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələri eyni vaxtda şəhərin üç rayonunda antiterror əməliyyatları keçiriblər. Nəticədə dördü əcnəbi ölkə vətəndaşı olmaqla beş nəfər terrorçuluqda şübhəli bilinərək həbs edilib. Onlardan terrorçuluq məqsədilə istifadə olunan xeyli ləvazimat aşkar edilib.

Faktla bağlı təhqiqat aparılır.