XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

09 Dekabr 2017 - 10:44

Ukraynanın baş prokuroru:"Saakaşvili artıq müvəqqəti saxlanma məntəqəsindədir"

 

Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili artıq müvəqqəti saxlanma məntəqəsindədir.

Azərtac xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Yuriy Luçenko məlumat verib.

Baş prokuror deyib ki, Saakaşvili rəsmi axtarışa verilib, yeri müəyyən edildikdən sonra polislər onu Kiyevdə “Otradnoy” küçəsində saxlayıblar.

O deyib: “Söz verdiyimiz kimi güc strukturları əlindən gələni etdilər ki, Saakaşvilinin saxlanması zamanı hər hansı qan tökülməsin. Hazırda hüquqi proseduralar həyata keçirilir. Saakaşvilinin vəkillərinə onun saxlanması barədə məlumat verilib”.