XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 December 2017 - 11:23

Məhkəmə Saakaşvili barəsində qərar çıxaracaq- 72 saat ərzində

“Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşvili qanunvericiliyə uyğun olaraq hüquq- mühafizə orqanları tərəfindən saxlanılıb, məhkəmə 72 saat ərzində onun barəsində qərar çıxaracaq.
 
APA-nın məlumatına görə, bu barədə Ali Radanın deputatı, daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko özünün “Tvitter” mikrobloqunda yazıb.
 
O həmçinin qeyd edib ki, M.Saakaşvili Kiyevdə, gizləndiyi mənzildə saxlanılıb. Hadisə zamanı zərərçəkən olmayıb.
 
Xatırladaq ki, dekabrın 5-də M. Saakaşvili Kiyevdə saxlanılıb. Daha sonra o, tərəfdarlarının köməyi ilə azad edilib. M.Saakaşvili Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.