XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2017 - 14:59

İraq və İran razılığa gəldi- Kərkük nefti ilə bağlı

İraq və İran arasında Kərkük neftinin ixracı ilə bağlı müqavilə imzalanıb.

Azərtac xəbər verir ki, bu barədə İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi deyib. O bildirib ki, neft ixracı yaxın vaxtlarda başlayacaq. Gündəlik 30-60 min barrel Kərkük neftinin İrana ixracı nəzərdə tutulur.

Müqavilə İraq Milli Neft Şirkəti (SOMO) və İran tərəfi arasında imzalanıb.

SOMO-nun baş direktoru Ala Yasiri deyib: “Bu razılaşma İraqa Kərkük neftinin ixracına imkan verəcək və ixracat tezliklə başlayacaq”.

Ötən günlərdə İranın neft naziri Bijən Namdar Zəncənə isə deyib ki, İran Kərkük nefti üçün boru kəməri inşa edəcək. Kərkük-Kasrı Şirin neft boru kəməri çəkiləcək.