XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

09 Dekabr 2017 - 17:09

Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitininvaxtı və yeri məlum oldu

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti gələn ilin iyun ayında Çinin Çindao şəhərində keçiriləcək.

Azərtac xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bildirib.

Cari ilin iyun ayında ŞƏT-in Astana sammitindən sonra təşkilata sədrlik Qazaxıstandan Çinə keçib. Astana sammiti qurum yaranandan sonra ilk dəfə olaraq yeni üzvlər qəbul etməsi ilə tarixə düşüb. Pakistan və Hindistan təşkilata tamhüquqlu üzv qəbul olunub. Bununla da ŞƏT əhalisinin sayına və ərazisinə görə dünyada ən böyük regional təşkilata çevrilib.

Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusu ilə təmsil olunur.