XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2017 - 17:18

Nazarbayevlə Ərdoğan arasında telefon danışığı- İƏT-in Qüdslə bağlı zirvə toplantısını müzakirə ediblər

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına hazırlıq məsələlərini müzakirə ediblər.

Trend TASS-a istinadən xəbər verir ki, Qazaxıstan liderinin Mətbuat xidmətinin məlumatına görə, prezidentlər arasında telefon danışığı olub.

Prezidentlər İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısı ilə bağlı fikir mübadiləsi aparıblar.

Danışıq zamanı liderlər həmçinin, ikitərəfli əməkdaşlıq və regional məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

İordan çayının qərb sahilində fələstinlilərlə İsrail polisi arasında toqquşmalar davam edir.