XƏBƏR LENTİ

08 Mart 2021
07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

09 Dekabr 2017 - 22:00

İtaliyada sürücü avtomobili piyadaların üstünə sürdü –Yaralılar var

İtaliyada təşkil olunan Milad bazarında sürücü avtomobili piyadaların üzərinə sürüb.

“Report” xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb.

Yerli KİV-in məlumatına görə, hadisə Sondrio şəhərinin mərkəzi meydanında qeydə alınıb.

Sürücü saxlanılıb, asayiş keşikçiləri hadisənin səbəblərini araşdırır. Eyni zamanda qeyd olunur ki, saxlanılan şəxs ərazidən qaçmaq istəyib. Onun sərxoş olduğu istisna edilmir.