XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

10 Dekabr 2017 - 10:25

Terror aktı törətməyi planlaşdıran İŞİD tərəfdarı saxlanılıb- Sankt-Peterburqda

Sankt-Peterburqun Moskovski rayon məhkəməsi şəhərdə terror aktı törətməyi və Əfqanıstanda İŞİD-ə qoşulmağı planlaşdıran Tacikistan vətəndaşı Umar Maxmadiyev barəsində həbs qətimkan tədbiri seçib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə məhkəmədən bildirilib.  
 
“Maxmadiyev Əfqanıstan ərazisinə keçərək İŞİD sıralarına qatılmağı, bunun mümkün olmayacağı təqdirdə isə, Sankt-Peterburq şəhərində İŞİD-in adından terror aktı törətməyi planlaşdırıb”, – deyə məhkəmədən bildirilib.
 
Qeyd edək ki, bundan əvvəl Stavropolda xüsusi əməliyyat zamanı 3 silahlı məhv edilib.