XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

10 Dekabr 2017 - 10:38

Səudiyyə Ərəbistanı ABŞ-ı Yerusəlimə dair qərarını dəyişməyə çağırıb- XİN-dən açıqlama

Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cubeyr  ABŞ-ı Yerusəlimi İsrailin paytaxtı tanınması və Amerika səfirliyinin Təl Əvivdən  Yerusəlimə köçürülməsi ilə bağlı qərarını dəyişməyə çağırıb.     
 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Adil Əl Cubeyr  bunu Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında bildirib. Onun sözlərinə  görə, beynəlxalq ictimaiyyət problemin həlli istiqamətində səyləri aktivləşdirməlidir.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdə ən yaxın iqtisadi, hərbi və siyasi tərəfdaşlarından biridir.