XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

10 Dekabr 2017 - 11:15

Minlərlə insan ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirir- Qüds üçün

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarına etiraz əlaməti olaraq 6 minə yaxın insan Birləşmiş Ştatların Cakartadakı səfirliyi qarşısına toplaşıb.

“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən "The Straits Times" qəzeti yazıb.

Bildirilir ki, etiraz aksiyası İndoneziyanın Çiçəklənmə və Ədalət Partiyası tərəfindən təşkil olunub.

Nəşrin məlumatına görə, daha bir etirazçı qrupu mərkəzi Cakartanın əsas küçəsinin mərkəzinə toplaşıb.

Aksiya iştirakçıları əllərində İndoneziya və Fələstin bayraqları, həmçinin "Fələstini azad edin" şüarlarının yazıldığı plakatlar tutublar.