XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

10 Dekabr 2017 - 16:11

Ronaldunu 30 milyon avro cərimə gözləyir- Vergidən yayındığına görə

İspaniyanın "Real" klubunun hücumçusu Kriştianu Ronaldu vergidən yayınma ilə bağlı iş üzrə ən azı 30 milyon avro cərimə oluna bilər.

“Report” xəbər verir ki, Ronaldu 2011-2014-cü illər aralığında 14,8 mln. avro məbləğində vergini ödəməkdən yayınmaqda ittiham olunur.

Məhkəmənin iş üzrə iclası dekabrın 22-də keçiriləcək. AS nəşrinin məlumatına görə, portuqaliyalı futbolçu işi uduzacağı təqdirdə cərimə və üzərinə gələn faizlə birgə 30 mln. avro ödəməli olacaq.