XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

10 Dekabr 2017 - 17:24

Astana aeroportunda 15-dən çox reys təxirə salınıb- Səbəb

Astanada güclü qar yağması ilə əlaqədar Nursultan Nazarbayev beynəlxalq aeroportunda 15-dən çox reys təxirə salınıb, dördü isə ləğv olunub.

Azərtac xəbər verir ki, ləngimələr Qazaxıstan aviaşirkətlərinin reyslərinə şamil edilib.

Qazaxıstan meteoroloji xidmətlər idarəsi – “Kazqidromet” dekabrın 10-11-də Astanada çovğun və yolların buz bağlamasının gözlənildiyini bildirmişdi.

Almatı şəhərində “Air Astana” aviaşirkətinə məxsus təyyarə uçuş-enmə zolağından kənara çıxıb. Almatı–Banqkok reysi üzrə hərəkət edən təyyarə də uçuş-enmə zolağından kənara çıxıb. Sərnişinlər başqa təyyarə ilə Banqkoka göndərilib.