XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

03 Mart 2015 - 07:36

Rusiya KİV-i “Nemtsovun qətlində hakimiyyətin əli” versiyasını niyə unudub?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov açıqlamasında bildirdi ki, bunun səbəbi tam aydındır: “Rusiyada fəaliyyət göstərən KİV-lərin böyük əksəriyyəti nəzarət altındadır. Yəni hakimiyyət, birbaşa olmasa da, KİV-lərə ciddi nəzarəti həyata keçirir. Nemtsovun ölümü kütlədən gizlədilə bilməzdi. Bu səbəbdən də, yaranan panik durumu yatırmaq kimi vəzifəni hakimiyyət KİV-in üzərinə yükləyib. Rusiya KİV-ində müxalif siyasətçinin ölümü ilə bağlı əsas versiyadan başqa nə gəldi yazılır, göstərilir. İstənilən halda, hakimiyyət bu qətldə məsuliyyət daşıyır. Moskvanın mərkəzində, küçənin ortasında tanınmış bir siyasətçinin öldürülməsində hakimiyyət yaxasını kənara çəkə bilməz. Demək, ölkədəki kriminogen durum nəzarətdə deyil. Təbiidir ki, bunun da məsuliyyəti hakimiyyətin üzərinə düşür”.