XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

12 Dekabr 2017 - 12:12

İraq ordusu PYD ilə anlaşdı, saziş imzaladı –Sərhəd təhlükəsizliyi ilə bağlı

İraq ordusu PYD-YPG terror qruplaşmasının onurğası hesab olunan Demokratik Suriya Qüvvələri (DSQ) ilə Suriya-İraq xəttində sərhəd təhlükəsizliyi barəsində saziş imzalayıb.

Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Məlumata görə, hər iki tərəfin nümayəndələri İraq-Suriya sərhədində görüşüblər.

Görüş zamanı sərhədlərin təhlükəsizliyi məsələsi geniş müzakirə edilib və birgə koordinasiya mərkəzinin yaradılması qərara alınıb.

Sərhəd təhlükəsizliyi barədə anlaşmanın imzalanması ABŞ tərəfindən diqqətlə müşahidə olunub. İŞİD əleyhinə koalisiyada iştirak edən ABŞ, İngiltərə və Fransa əsgərləri də həmçinin Deyr əz-Zorda DSQ nümayəndələri ilə görüş keçirib/Axar.az.