XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 10:25

Türkiyədə kütləvi zəhərlənmə- 190 tələbə xəstəxanalıq oldu

Türkiyənin Rizə vilayətində universitet tələbələri arasında kütləvi zəhərlənmə baş verib.

Trend-in məlumatına görə, Rizə Universitetinin yataqxanasında yaşayan 190 tələbə axşam yeməyindən sonra halsızlıq hiss edib.

Onların zəhərləndyi məlum olub. Tələbələr dərhal xəstəxanaya yerləşdiriliblər.

Tələbələrin hansı qidadan zəhərlənməsi hələlik məlum deyil. Zəhərlənən tələbələrin hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.