XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 18:25

Qadınlara daha bir qadağa aradan qaldırılır- Səudiyyə Ərəbistanında

Səudiyyə Ərəbistanının Məclis əş-Şurası (Məsləhətçi Şura) qadınların hakim kimi çalışması ilə bağlı qadağanın ləğvini təklif edib.

Trend-in məlumatına görə, təklifdə məqsəd vəzifə təyinatı zamanı cinsi ayrı-seçkiliyin aradan qaldırılması, hüquq fakültələrinin məzunlarına yeni imkanlar verilməsidir.

Qeyd edək ki, bundan əvvəl oktyabrda Səudiyyə kralı qadınlara avtomobil idarə etməyə, həmçinin 2018-ci ildən stadionlarda idman tədbirlərinə tamaşa etməyə icazə verilməsi haqqında fərmanlar imzalamışdı.