XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 19:12

Avropa İttifaqı elektron ticarətdə tətbiq edilənƏDV qaydalarını təsdiqləyib

Avropa İttifaqının (Aİ) iqtisadiyyat və maliyyə nazirlərinin təsdiq etdikləri qaydalar mal və xidmətlərin onlayn alınması zamanı əlavə dəyər vergisinin yığılmasının asanlaşdırılmasına şərait yaradır.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, yeni qaydalar əlavə dəyər vergisinin məsafədən qeydiyyata alınması üçün Aİ-nin “vahid pəncərə”sini genişləndirir, quruma daxil olmayan ölkələrdən alınan və məbləği 150 avrodan artıq olan əməliyyatlar üçün yeni portal yaradılır. Avropa İttifaqı Şurasının şərhində bildirilir ki, bu dəyişiklik hər bir üzv dövlətdəki internet provayderlərinin əlavə dəyər vergisi qeydiyyatından yayınmasının qarşısını almağa imkan verəcək.

Aİ-nin açıqladığı statistikaya görə, yeni qaydalar əsasında yaranan öhdəliklərdən irəli gələrək şirkətlər mal və xidmətləri satdıqları hər bir Aİ ölkəsində 8000 avro xərcləyəcəklər. Bu norma onların 2,3 milyard avroya qənaət etməsinə şərait yaradacaq və üzv dövlətlərin əlavə dəyər vergisi yığımını ümumilikdə 7 milyard avro artıracaq.

Bundan əlavə, yeni qaydalara əsasən, əlavə dəyər vergisi alıcı ölkədə ödəniləcək və onlayn platformalara onu məsafədən həyata keçirilmiş tranzaksiyalardan tutmağa imkan verəcək. Digər tərəfdən, kiçik biznes subyektləri üçün şərtlər sadələşdirilir, startaplar və dəyəri 10 min avrodan az olan transsərhəd əməliyyatları isə əvvəlki kimi, yerli qanunvericiliklə tənzimlənəcək.

Nəhayət, sui-istifadənin qarşısının alınması məqsədilə Aİ-dən kənardakı ölkələrdən həcmi 22 mindən az kiçik məbləğli alışlar üçün tətbiq olunan istisna ləğv edilir: Aİ ölkələrindən idxal olunan və əlavə dəyər vergisi tutulmayan malların illik məbləği, bu istisnaya görə, 150 milyon avroya çatır.