XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 20:43

Ərdoğanla Ruhani görüşüb –- İstanbulda

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda iranlı həmkarı Həsən Ruhani ilə görüşü keçirilib.

Görüşdə liderlər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısının yekunlarını və regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə iclasında yekun Bəyannamə qəbul edilib.

Bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir.

Bundan başqa, İƏT üzvləri dünya ölkələrini Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır.