XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Dekabr 2017 - 22:15

ABŞ MKİ-nin nümayəndəsiTürkiyə Baş Polis İdarəsinə çağırılıb

Bu gün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nümayəndəsi Türkiyə Baş Polis İdarəsinə çağırılıb.
 

APA-nın məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər yayıb.
 
Bildirilir ki, MKİ-nin Türkiyədəki nümayəndəsi polis idarəsinə ABŞ-da davam edən Xalq Bankın sədr müavini Hakan Atillanın məhkəməsində şahid qismində ifadə verən Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü, sabiq polis məmuru Hüseyn Korkmazın iddiaları ilə əlaqədar çağırılıb. Nyu-Yorkda saxlanılmış H. Atillanın məhkəmə prosesində şahid qismində çıxış edən H. Korkmaz MKİ-nin ona 50 min dollar verdiyini və ABŞ-da yaşadığı evin kirayəsinin prokurorluq tərəfindən ödənildiyini söyləyib. 
 
Qeyd edək ki, H. Korkmaz Türkiyədən qaçıb.