XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 15:34

Yunanıstanı kütləvi etirazlar bürüdü –Dövlət və özəl şirkət əməkdaşları hökumətə etiraz edir

Yunanıstanda dövlət və özəl şirkət əməkdaşları 24 saatlıq tətilə başlayıblar.

Etirazlara səbəb ölkə rəhbərliyinin beynəlxalq kreditlərin təzyiqi altında qəbul etdiyi sərt islahatlardır.

Tətilə ictimai və hava nəqliyyat əməkdaşlarının da qoşulması gözlənilir ki, bu isə Yunanıstan adaları arasında bərələrin və təyyarələrin reyslərini ləğv edə bilər.

Bildirilir ki, tətilə səhiyyə işçiləri də qoşulub, ona görə xəstəxanalarda yalnız təcili-tibbi yardım xidmətləri göstərilir.

Kütləvi İnformasiya Vasitələri əməkdaşlarının da tətilə qoşulacağı gözlənilir.

Qeyd edək ki, bu ilin may ayında Yunanıstan beynəlxalq kreditorlarla yeni iqtisadi tədbirlər barədə razılığa gəlib ki, bu da ölkə əhalisinin narazılığı ilə qarşılanıb/Trend.