Səudiyyə Ərəbistanın xarici işlər naziri, şahzadə Səud əl-Feysəl Ər-Riyadın Yəməndə İran ilə savaş vəziyyətində olmadığını bildirib.
“Strateq.az” Tehran Radiosuna istinadən bildirir ki, şahzadə Səud əl-Feysəl fransız həmkarı Loran Fabius ilə birgə keçirdiyi mətbuat konfransında deyib:
“Biz Tehran ilə müharibə etmirik. Hətta, əgər İran istər-istəməz Yəmən müharibəsinin bir parçasına çevrildiyini təsəvvür etsə belə”-deyə Səud -əl-Feysəl vurğulayıb.
Fransa xarici işlər naziri Loran Fabius isə deyib ki, Fransa Yəmən böhranının həllində əməkdaşlıq etməyə hazırdır.
X. SƏFƏROĞLU