Rusiya prezidenti Vladimir Putinin Moskvada keçirilən illik mətbuat konfransı başa çatıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, mətbuat konfransı 3 saat 40 dəqiqə çəkib. Bu müddətdə Rusiya prezidenti 65 suala cavab verib.
Bu da o deməkdir ki, Putin 2008-ci ildəki rekordunu yeniləyə bilməyib. Həmin il Rusiya lideri 4 saat 40 dəqiqə davam edən tədbirdə 100-dən artıq sualı cavablandırmışdı.
Ötənilki mətbuat konfransı isə 3 saat 50 dəqiqə çəkmiş və Putin 62 suala cavab vermişdi.
Strateq.az