XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 20:45

Rəsmi Dəməşq BMT-yə müraciət etdi:"ABŞ yeni bir cinayətə imza atır..."

Suriya Xarici İşlər Nazirliyi ABŞ koalisiyasının Deyr əz-Zorda mülki şəxsləri bombalaması ilə bağlı BMT-yə şikayət məktubu ünvanlayıb.

Bu barədə Suriyanın rəsmi agentliyi SANA məlumat yayıb.

“Suriya ordusu və müttəfiqləri İŞİD üzərində tam qələbə qazandığı halda, ABŞ yeni bir cinayətə imza atır. Koalisiya İŞİD-lə mübarizə adı altında terrorçuların təhlükəsiz yerlərə getməsini təmin edir və onları qoruyur”, – məktubda deyilir.

Qeyd edək ki, sonuncu dəfə koalisiyanın Deyr əz-Zorun Şarki kəndini bombalaması və nəticədə 20-dən çox dinc sakinin ölməsi ilə bağlı məlumat yayılmışdı/Axar.az.