XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 December 2017 - 23:37

İrandan ABŞ-a qarşı etiraz:"Bu təxribatçı və destruktiv ittihamı rədd edirik”

Rəsmi Tehran noyabrın əvvəlində Yəməndən Səudiyyə Ərəbistanına atılmış raketin İrandan  alınmasına dair ABŞ-ın “təxribatçı və destruktiv” ittihamlarını rədd edir.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin bəyanatında bildirilir.   

“Biz qəti şəkildə bu əsassız, məsuliyyətsiz,  təxribatçı və destruktiv ittihamı rədd edirik”, – deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki,  ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bundan əvvəl Vaşinqtonda Yəməndəki üsyançı husilərin Ər-Riyad aeroportuna atdığı İran istehsalı olduğu iddia edilən  raketin qalıqlarını təqdim edib.

İranın BMT-dəki daimi nümayəndəliyindən nümayiş etdirilən qalıqların saxtalaşdırılmış olduğu bildirilib/APA.