XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 December 2017 - 15:17

Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Ulyukayevə 8 il həbs verildi –QƏRAR


Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə hökm oxunub.

Paytaxtın Zamoskvoretskiy Məhkəməsi keçmiş naziri 2 milyon avro dəyərində rüşvət almaqda təqsirli bilib.  Məhkəmə onu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edib.

O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Aleksey Ulyukayev "Rosneft"in rəhbəri İqor Seçindən 2 milyon avro dəyərində rüşvət almaqda günahlandırılıb. İstintaqın versiyasına görə, Ulyukayev bu məbləği İqisadi inkişaf Nazirliyinin "Rosnetf"tin "Başneft"in aksiyalarını almasına müsbət rəy vermək üçün alıb. Ulyukayev məhkəmə istintaqı vaxtı ona qarşı irəli sürülən bu iddianı rədd edib. Dövlət İttihamçısı keçmiş nazirin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Keçmiş nazir ev dustaqlığında idi. (APA)