XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 15:29

Türkmənistanda ərzaq qıtlığı yaranıb –Çörək çatışmır


Türkmənistanda əsas qida məhsullarının defisiti və qiymət artımı müşahidə edilir.

“Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə “Azadlıq radiosu”nun Türkmənistan bürosu xəbər yayıb. Məlumatda bildirilir ki, Marı və Axal vilayətlərində noyabr ayında un iki dəfə bahalaşıb və defisitin yaranacağından ehtiyatlanan əhali daha çox un almağa başlayıb. Artıq dekabrın əvvəlində bütün ölkə boyu un çatışmazlığı yaranıb. Nəticədə çörəyin qiyməti 1 Türkmənistan manatından 1,4 -1,5 manata kimi qalxıb. Aşqabadda isə keyfiyyətli undan hazırlanmış çörək iki həftə ərzində 2 manatdan 3,5 manata kimi qalxıb.

Paytaxtda yumurta qıtlığı da yaranıb və qiymət 50 faiz artıb. Artıq marketlərdə yumurta yalnız böyüklərə və 30 ədəddən artıq olmayaraq satılır. Bununla yanaşı meyvə-tərəvəz və qənnadı məmulatlarının qiyməti də 2 dəfə bahalaşıb. (APA)