XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 22:51

Ağ Ev Federal Təhqiqat Bürosunun sənədlərini açıqladı –Tramp FTB-də ciddi dəyişiklik edəcəyini bəyan etdi


Ağ Ev Federal Təhqiqat Bürosunun sənədlərini açıqlayıb. Məlum olub ki, FBİ-ın yüksək liderliyində prezident Trampa qarşı ekstrimal bir qərəzlilik var. Ağ Ev prezidentin opponentlərini tənqid edib.

Bu gün Fox News-a müsahibə verən Ağ Ev rəsmisi Horad Qidli deyib ki, son aylar Federal Təhqiqat Bürosunda prezident əleyhinə ciddi siyasi qeyri-obyektivlik mövcuddur. Qidlinin sözlərinə görə, Hillari Kilontonun onlar tərəfindən ictimai şəkildə dəstəklənməsinin Rusiyanın seçkilərə müdaxiləsi Robert Müllerin təhqiqatına ciddi zədə vuracağını deyib.

Bundan az sonra ABŞ dövlət başçısı Virviniya ştatının Kuantiko şəhərində FBİ Milli Akademiyanın məzun mərasiminə qatılıb. Məzunlarla görüşündən əvvəl müxbirlərin sullarını cavablandırarkən prezident xüsusi xidmətin fəaliyyətindən razı olmadığını deyib. Tramp bildirib ki, FBİ-da baş verənlər biabırçılıqdır. O, ünvanına deyilənlərə toxunaraq, büroda ciddi dəyişikliklər edəcəyinə vəd verib. Donald Trampın çıxış etdiyi mərasimdə FBİ-ın direktoru Kristofer Rey və baş prokuror Ceff Seşn də olub. Özünü hüquq-mühafizə orqanlarının müdafiəçisi adlandıran prezident polis və FBİ-ın əməkdaşlarının misilsiz işlər gördüyünü vurğulayıb.

Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə gəlincə o, bir daha nə özünün, nə də seçki kampaniyasının ruslarla əlaqədə olduğunu deyib. (Amerikanın Səsi)