XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 23:10

ABŞ dövlət katibi:“Şimali Koreya ilə müharibə etmək niyyətimiz yoxdur”

ABŞ dövlət katibi Reks Tillerson Şimali Koreyanın artmaqda olan nüvə qabiliyyətinin ABŞ-a birbaşa hədə olduğunu və rəsmi Vaşinqtonun o ölkənin təcavüzündən müdafiə məqsədi ilə bütün lazımi addımları atacağını bildirib.

"Belə bir təhqiq qarşısında heç nə etməmək hər bir ölkə üçün qəbuledilməzdir", Tillerson bildirib. O deyib ki, ölkəmizin müdafiəsi üçün bütün variantlar masa üzərindədir. BMT-nin Təhlükəszilik Şurasında danışan dövlət katibi Vaşinqtonun Şimali Koreya iə müharbə niyyətində olmadığını bildirib.

"ABŞ diplomatiya yolu ilə nəticə ədldə ediləcəyinə ümid bəsləyir", -Tillerson əlavə edib.

Yaponiyanın toplantıya rəbərlik edən xarici işlər naziri Taro Kono deyib ki, arzuedilən variant sülh yolu ilə həlldir, lakin Şimali Koreya bu yoldan qətiyyətlə imtina edir. Kono beynəlxalq ictimaiyyəti Pxenyana qarşı təzyiqləri artırmağa çağırıb. Nazir Yaponiyanın Şimali Koreyanın 19 təsisatının hesablarını dondurduğunu bildirib. Şimali Koreya son aylar bir sıra ballistik raket sınaqları həyata keçirir. Hwasong-15 raketi ötən ay sınaqdan keçirilib.

Təhlilçilər və hökumət rəsmilərinin bildirdiyinə görə, raket Amerikaya çatacaq qabiliyyətə malikdir. Bu isə Koreya yarımadasında nüvə toqquşmasına gətirib çıxara bilər. Tillerson danışıqların yalnız sınaqlar dayandırıldığı halda mümkünlüyünü qeyd edib. (Amerikanın Səsi)