XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 00:45

Zimbabeveinin devrilmiş prezidenti xəstəxanaya düşüb –Muqabe müayiə üçün Sinqapura gəlib

Zimbabvenin sabiq prezidentinin sözçüsü bildirib ki, Robert Muqabe tibbi müayinə səbəbilə Sinqapurdadır.

Muqabe cümə günü Sinqapurda yerləşən tibbi müəssisəni tərk edərkən görülüb. 93 yaşlı sabiq prezident 37 illik hakimiyyətindən sonra keçən ay vəzifəsindən uzaqlaşdırılan bəri ictimaiyyət arasında görünməmişdi.

Muqabe qəddar repressiyalarda və Zimbabvenin iqtisadiyyatının bərbad vəziyyətə salmaqda ittiham edilir. Səhhətinin getdikcə zəiflədiyi hiss edilən Muqabe prostat xərçəngi ilə mübarizə aparıb.

Muqabe partiyasının bu cümə Hararedə keçiriləcək qurultayında iştirak etməyəcək. Qurultayda onu prezident vəzifəsində əvəz edən Emmerson Mnanqaqvanın növbəti seçkilərdə partiyanın namizədi kimi təsdiq ediləcəyi gözlənilir. (Amerikanın Səsi)