XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

16 Dekabr 2017 - 10:44

Kanadalı milyarder evində ölü tapılıb- Həyat yoldaşı ilə birgə

Kanadalı milyarder, “Apotex” şirkətinin prezidenti Barri Şerman həyat yoldaşı ilə birgə Torontodakı evində ölü tapılıb.

APA-nın məlumatına görə, bu barədə CBC telekanalı xəbər verib.

Hadisənin səbəbləri hələ ki, məlum deyil. İlkin təhqiqat zamanı polis bir nəfər şübhəlini saxlayıb.

“Apotex” şirkəti 1974-cü ildə B. Şerman tərəfindən təsis edib. Dərman preparatları istehsal edən şirkətin məhsulları 115-dən çox ölkəyə ixrac olunur. Bu ilin noyabrında  “Canadian Business” jurnalı 75 yaşlı Barri Şermanı ölkənin ən varlı insanlarının siyahısına daxil edib.