İndoneziyanın Yava adasında 6.8 bal gücündə zəlzələ baş verib.
Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, zəlzələ nəticəsində ölən və yaralananlar var. Sunami təhlükəsindən qorxan Çiamis rayonunun yerli sakinləri dağlara qalxırlar.
Yerli KİV-lər hadisə nəticəsində bir nəfərin öldüyünü, beş nəfərin isə yaralandığını bildiriblər.