XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2017 - 11:25

Ceyms Mettis:“Şimali Koreyanın raketləri ABŞ üçün təhlükə daşımır”

Şimali Koreya tərəfindən buraxılan ballistik raketlər ABŞ üçün təhlükə kəsb etmir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib.

“Hazırda onlar bizim üçün təhlükə kəsb etmir. Müvafiq təhlillər davam etməkdədir”, deyə C.Mettis jurnalistlərə bildirib.

Bu ilin noyabrında Şimali Koreya ABŞ sərhədlərinə çata bilən qitələrarası ballistik raketi uğurla sınaqdan keçirdiyini bəyan edib.