XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

16 Dekabr 2017 - 13:26

Flinnin əfv edilməsi mümkündümü?- Tramp istisna etmir

Prezident Tramp cümə günü mətbuat nümayəndələrinə bildirib ki, o, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri, hazırda istefada olan general Maykl Flinnin əfv edilməsinin mümkünlüyünü istisna etmir. Tramp həmçinin, Federal Təhqiqatlar Bürosunun və Ədliyyə Nazirliyinin işindən narazı olduğunu bildirib.

Xatırladaq ki, qısa müddətdə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsində xidmət etmiş Maykl Flinnin Rusiya səfiri ilə danışıqları barədə yalan məlumat verməsi üzə çıxandan sonra Prezident Tramp onu həmin vəzifədən azad edib. Flinn FTB agentlərinə Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyak ilə özünün əlaqələri barədə yalan məlumat verməkdə ittiham edilir. Dekabrın əvvəlində Flinn öz təqsirini boynuna alıb.

Flinnə qarşı ittiham Trampın komandasının üzvlərinə qarşı “Rusiya işi” deyilən (Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxilə etməsi ehtimalı ilə əlaqədar) iş üzrə təhqiqat aparan xüsusi prokuror Robert Müllerin irəli sürdüyü sonuncu qalmaqallı ittihamdır(azərtac).