XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

16 Dekabr 2017 - 17:05

Misir Qəzza sektoru ilə sərhəddəki yeganə keçid məntəqəsini açıb- 4 günlüyə

Misirlə Qəzza sektoru sərhədində yerləşən “Rəfah” nəzarət-buraxılış məntəqəsi dekabrın 16-da hər iki tərəfə hərəkət üçün açılıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sərhəd keçidi yerli vaxtla saat 09:00-da açılacaq və axşamadək fəaliyyət göstərəcək.

Misir hakimiyyətinin qərarına əsasən, anklav sakinləri, tələbələr və əmək fəaliyyəti ilə məşğul olanlar, həmçinin xaricdə müalicə alanlar sərhədi keçə biləcəklər. Misir ərazisində təhlükəsizliyin təmin olunması məqsədilə regiona ordu və polisdən ibarət əlavə qüvvələr yerləşdirilib.

2014-cü il oktyabr ayında Misir hökuməti Sinayın şimalında silahlıların 30-a yaxın hərbçinin həlak olması ilə nəticələnən hücumundan sonra yarımadanın bu hissəsində indiyədək fəaliyyət göstərən fövqəladə vəziyyət rejimi və komendant saatı tətbiq edib. Bundan sonra Qahirə buraxılış məntəqəsini nadir hallarda açırdı. Lakin Misirin sabiq prezidenti Məhəmməd Mursinin devrilməsi və “Müsəlman qardaşları” partiyası üzvlərinin təqib olunması səbəbindən HAMAS təşkilatı ilə korlanan münasibətlər bir qədər düzəldikdən sonra sərhəd məntəqəsi daha çox fəaliyyət göstərir.

Bu yaxınlarda Fələstinin əsas fraksiyaları arasında Qəzzə sektorunun idarəsinin vahid Fələstinin milli həmrəylik hökumətinə verilməsi barədə sazişə baxmayaraq, bölgədə real güc hələlik HAMAS hərəkatı sayılır. Bu, həm də “Rəfah” nəzarət buraxılış məntəqəsinə aiddir.

Sərhəd keçidi sonuncu dəfə noyabrın 18-dən 20-nə qədər fəaliyyət göstərib. Buraxılış məntəqəsinin növbəti açılışı keçən ay üçün nəzərdə tutulsa da, noyabrın 24-də Sinayın şimalında məscidə terror hücumundan sonra bu qərar ləğv olunub. Həmin vaxt 300-dən çox insan qətlə yetirilmişdi.